Avropa Liseyinin qarşısında yerləşən bu obyekt tam hazır premium biznes məkanı kimi təqdim olunur. Obyekt “daxil ol və sabah işə başla” prinsipi ilə hazırlanıb — əlavə təmir, gecikmə və ya risk yoxdur.
Məkan premium klinika, estetik mərkəz, butik ofis, nümayəndəlik, təhsil mərkəzi, showroom və ya konsept retail üçün ideal seçimdir.
Ümumi sahə: 213 kv.m (1-ci mərtəbə 120 kv.m, antresol 93 kv.m)
3 Vitrin + 2 Qapı + Anbar
Sahəyə kupça verilir.
Barter təklifləri dəyərləndirilə bilər
1. Bütün elektrik və kommunikasiya xətləri 20 kV elektrik, qaz, su və fiber kabel internet - tam hazır
2. Prysmian kabelləri və Gewiss elektrik açar sistemi
3. Hər otaq üçün ayrıca mərkəzi kondisioner və mərkəzi havalandırma sistemi
4. İsti döşəmə sistemi quraşdırılıb
5. İtalyan keramik döşəmələr
6. İtalya, Braziliya mərmər və onyx daşları
7. Grohe markalı sanitar qovşaq sistemləri
8. Müasir işıqlandırma və dizayn lüstralar
9. Tavan tipli modem/routerlər (TP - Omada)
10. Fasad üçün MDF Ahşap jalüzlər və pərdələr
Kamera və təhlükəsizlik sistemi, yanğın siqnalizasiya sistemi
50+ LAN (internet) nöqtəsi
Arxa texniki sahə: mərkəzi kondisionerin çöl bloku, havalandırma fanları, nasos, filterlər, sayğaclar, elektrik paneli və anbar
Planlama:
1-ci mərtəbə: reception/lobby, əsas zal, menecer otağı, mətbəx, texniki otaq, kişi/qadın sanitar qovşaqları
2-ci mərtəbə: görüş otağı, rəhbər otağı / əsas zal, 3 nəfərlik işçi otağı
Lokasiya:
Avropa Liseyinin qarşısı
Yaxınlıqda Qarabağ Atları kompleksi, Ağ Şəhər COP Biznes Mərkəzi, DTX binası, City Park Mall, 2 hektarlıq Ağ Şəhər Palıd Parkı və 2028-ci ildə istifadəyə veriləcək Ağ Şəhər Metrosu (Yaşıl xətt) – 1-2 dəqiqə məsafədə
Xidmətimiz alıcıdan cəmi 1% təşkil edir.