KUPÇALI VƏ İPOTEKAYA YARARLI 5 OTAQLI MƏNZİL SATILIR!!
.
Yeni Yasamalın ən rahat və yaşayış üçün əlverişli ərazilərindən birində, “Gülüstan” şadlıq sarayı və 286 saylı orta məktəbin yaxınlığında yerləşən geniş və işıqlı mənzil satışa təqdim olunur.
Mənzil 9 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir və ailəliklə komfortlu yaşayış üçün ideal variant hesab olunur.
Əslində 5 otaqlı olan mənzil daha funksional istifadə məqsədilə 4 otağa uğurla layihələndirilib.
Nəticədə otaqlar daha geniş, rahat və işıqlı görnüş alıb.
.
Mənzil funksional planlanmaya malikdir.
3 ədəd bağlı eyvan
Mənzilə məxsus ayrıca anbar (kladovka)
Mənzildə ailə üçün lazım olan bütün şərait yaradılıb.
Sənədi tam qaydasındadır – çıxarış (kupça) mövcuddur və ipotekaya tam yararlıdır.
Binada qaz, su və işıq daimidir.
İstilik sistemi mərkəzidir və qış aylarında mənzildə yüksək komfort təmin edir.
.
Binanın yerləşdiyi ərazi sakit və yaşayış üçün çox əlverişlidir.
Mənzilin yaxınlığında 286 saylı məktəb, uşaq bağçaları, iri supermarketlər – Araz, Bravo, Bazarstore və digər marketlər yerləşir.
Həmçinin ətrafda aptek, restoran, kafe, bank və müxtəlif iaşə obyektləri fəaliyyət göstərir.
.
Binanın yaxınlığından 39, 211, 17, 7B, 77 və digər avtobus xətləri keçir ki, bu da şəhərin müxtəlif istiqamətlərinə rahat gediş-gəliş imkanı yaradır.
Yaşayış üçün tam hazır, əlverişli yerləşməyə malik və sənədləri qaydasında olan bu mənzil həm yaşayış, həm də investisiya üçün əla seçimdir.
.
Real alıcı ilə qiymətdə razılaşma olacaq.
.
Ətraflı məlumat və mənzilə baxış üçün əlaqə saxlaya bilərsiniz.
Ofis haqqı 1% təşkil edir.