Standart kommersiya küçələrindən fərqli olaraq, Nərimanov rayonunun daha prestijli və seçilən hissəsində — Aşıq Molla Cümə küçəsində yerləşən premium qadın salonu+biznes satışa təqdim olunur.
--------------------------------------------------------------------------------------------------
Lokasiya həm premium yaşayış, həm də biznes infrastrukturu baxımından son illərdə sürətlə inkişaf edən ərazilərdən biri hesab olunur. Heydər Əliyev Mərkəzinə yaxın yerləşməsi, Nərimanov metrosuna rahat çıxış imkanı, ətrafda yeni tikililər, eyni zamanda küçələrin daha səliqəli və komfortlu mühitə malik olması bu obyekti klassik kommersiya obyektlərindən fərqləndirən əsas üstünlüklərdəndir.
Salon 10 ildən artıq fəaliyyət göstərir və formalaşmış müştəri bazasına malikdir. Satış biznes + obyekt formatındadır. Hazır gəlir gətirən biznes, oturuşmuş idarəetmə sistemi, premium brend imici və işə dərhal başlama imkanı mövcuddur.
--------------------------------------------------------------------------------------------------
Satış zamanı salonun adı və fəaliyyət patenti alıcıya rəsmiləşdirilir. Obyektin çıxarışı (kupça) mövcuddur və sənəddə qeyri-yaşayış sahəsi kimi qeyd olunub.
Biznesin problemsiz ötürülməsi məqsədilə satışdan sonra 1–2 aylıq idarəetmə dəstəyi təmin olunur.
--------------------------------------------------------------------------------------------------
Real alıcıya ROI göstəriciləri, aylıq gəlir-xərc hesabatları və biznesin maliyyə statistikası təqdim ediləcək.
Baxış yalnız əvvəlcədən razılaşdırılmaqla təşkil olunur. Təqdim olunan materiallar təqdimat xarakterlidir. Qiymət real alıcı ilə obyektə baxış zamanı müzakirə olunur.
--------------------------------------------------------------------------------------------------
Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası satış məbləğinin 1%-ni təşkil edir.