Qaraçuxurda Kupçalı, 2 Mərtəbəli Həyət Evi Satılır!
Təcili satılır! Sakit və infrastruktur cəhətdən çox əlverişli bir ərazidə, yaşayış üçün hər bir şəraiti olan möhkəm tikili.
Ərazi: Qaraçuxur qəsəbəsi (Neftçilərin binasının həyəti, "Maşallah" marketin yanı)
Otaq sayı: 4 otaq
Sahə: 100 m²
Torpaq sahəsi: 1 sot
Mərtəbə: 2 mərtəbəli (+ geniş zirzəmisi var)
Sənəd: Çıxarış (Kupça) var, sənədlər tam qaydasındadır!
🧱 Tikili və Təmir Vəziyyəti:
Ev qoşa daşla tikilib, mərtəbəarası monolit betondur (çox möhkəm konstruksiyaya malikdir).
Kommunal: Qaz, su, işıq və internet fasiləsizdir.
İstilik sistemi: Mərkəzi istilik sistemi (atapleniya) və quraşdırılmış kondisioner mövcuddur.
Əşya vəziyyəti: Ev əşyalarla birlikdə satılır. Mətbəx mebeli yenidir.
⚠️ Qeyd: Yalnız elektronika əşyaları (TV, soyuducu, paltaryuyan, qabyuyan, ankastr soba) götürüləcək.
Evin cəmi 50 metrliyindən 81 nömrəli marşrut keçir.
Arxa küçəsində 318 nömrəli məktəb yerləşir.