Elmlər Akademiyası metrostansiyası yaxınlığında, Gömrük Hospitalı ilə üzbəüz yerləşən “Caspian Terrace” premium yaşayış kompleksində 3 otaqlı, tam təmirli mənzil kirayə verilir. Mənzil rahat və komfortlu yaşayış üçün bütün mebel və məişət avadanlıqları ilə tam təmin olunub. Qaz, su və işıq daimidir, istilik sistemi kombi ilə təchiz edilib.
-------------------------------------------------------------------------------------------------
Kompleks 24/7 kamera nəzarəti, kodlaşdırılmış giriş-çıxış sistemi, geniş və səliqəli həyəti, yanğın təhlükəsizlik sistemi və müasir standartlara uyğun 2 sürətli lift ilə sakinlərin təhlükəsizliyi və rahatlığını təmin edir.
Mənzil məktəb, bağça, alış-veriş mərkəzləri və istirahət parklarına yaxın, olduqca əlverişli infrastruktura malik ərazidə yerləşir.
--------------------------------------------------------------------------------------------------
Komendant ödənişi qiymətə daxildir. Qarşılıqlı etimad məqsədilə depozit şərti mövcuddur.Göstərilən vasitəçilik xidməti müqabilində agentlik komissiyası ilk aylıq kirayə məbləğinin 30%-ni təşkil edir.