Yeni Yasamalda, Bravo Supermarketin yanında yerləşən qanuni 3 otaqlı geniş və premium layihəli mənzil satılır. Kupçalı və ipotekaya yararlıdır. Mənzil əla təmirlidir və təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub.
Elektronika xaric şəkillərdə görünən bütün mebellər mənzildə qalacaq. Mənzildə 1 geniş qonaq otağı, 2 geniş yataq otağı, böyük mətbəx və geniş koridor mövcuddur. Cambalkon və 2 sanitar qovşağı var.
İstilik sistemi kombidir. Sanitar qovşaqlarda həm kombi radiator həm isti pol var. Qaz, su və işıq daimidir. Mənzilin girişində domofon və kamera sistemi quraşdırılıb.
Binada 2 sürətli lift və yeraltı qaraj mövcuddur. Qarajda mənzilə aid avtomobil saxlamaq üçün yer var və aylıq ödəniş əsasında istifadə edilə bilər.
Rahat planlaması, geniş sahəsi və ideal yerləşməsi ilə yaşayış üçün çox əlverişli variantdır.
Xahiş olunur yalnız ciddi alıcılar əlaqə saxlasın.