Yasamal rayonu, İsfəndiyar Zülalov küçəsində, ATV kanalının yaxınlığında yerləşən pilot layihəli 18 mərtəbəli binanın 12-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan 3 otaqlı, super təmirli və tam əşyalı mənzil satışa təqdim olunur.
Mənzil 2 otaqdan 3 otağa peşəkar şəkildə düzəldilib və çox funksional layihəyə malikdir. Mənzildə 2 sanitar qovşağı, 2 cambalkonlu eyvan mövcuddur. Bütün eyvan və pəncərələr dəniz mənzərəlidir.
Təmir zamanı yüksək keyfiyyətli materiallardan istifadə olunub:
• Finlandiya parketi
• Alman aboyları
• 3D dekorativ divar örtüyü
• Dartma tavan və xüsusi işıqlandırma sistemi
• Hər iki sanuzeldə isti pol sistemi
• Zövqlə yığılmış mətbəx mebeli
Mənzilin çıxarışı (kupçası) var.
Bina əsas yola yaxın, geniş infrastruktura malik ərazidə yerləşir. Yaxınlıqda məktəb, bağça, dayanacaq və digər iaşə obyektləri mövcuddur. Binanın 2 sürətli lifti və tam yaşayışı var. Qarşısı açıqdır, mənzilin önü bağlanmır.
İnşaatçılar və Elmlər Akademiyası metrostansiyalarına yaxın yerləşir. Elmlər Akademiyası metrosuna piyada 7-8 dəqiqəlik məsafədədir. Bakı Dövlət Universitetinə məsafə təxminən 400 metrdir.
Ofis haqqı: 1%