Akademik Həsənəliyev küçəsində (köhnə İnqilab), Kəpəz Hospitalın tam yanında, geniş ailələr üçün ideal olan qanuni 4 otaqlı mənzil satılır. Şəhərin ən prestijli və hər tərəfə rahat çıxışı olan infrastruktur cəhərdən zəngin ərazilərindən biridir.
Mənzil olduqca geniş və fərəhlidir sahəsi düz 220 kv. Otaqların bölgüsü çox rahat, geniş və işıqlıdır. Şəkillərdən də göründüyü kimi, mənzildə həmçinin rahatlıq üçün xüsusi sauna da yığılıb ki, bu da evə əlavə bir komfort qatır. Binanın özünün geniş, abad və uşaq oyun meydançası olan böyük həyəti, sakinlər üçün tam təhlükəsiz və rahat mühiti var.
Həm yerləşdiyi yerin mərkəziliyi, həm kvadratın genişliyi, həm də binanın keyfiyyəti baxımından köçüb rahat yaşamaq istəyənlər üçün qaçırılmayacaq variantdır. Real alıcılar əlaqə saxlasın, gəlib yerində baxa bilərsiniz.